Əlaqə Arxiv
news Image
2013.08.21
12:08
| A A A
Azərbaycanda gəmi lövbərləri haqqında dövlət standartı müəyyənləşdirilib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 750-2013 "Gəmi lövbərləri. Ümumi texniki şərtlər" dövlət standartı təsdiq edilib.

 Komitədən "APA-Economics"ə verilən məlumata görə, standartın tətbiq vaxtı 2013-cü ilin oktyabrın 1-dən müəyyən edilib.

 Bu standart hərbi suüstü gəmilərdə, ticarət gəmilərində və digər üzən vasitələrdə istifadə edilən "Xolla" və "Admiralteysk" tipli lövbərlərə şamil edilir. Standartda gəmi lövbərlərinin konstuksiyası və əsas ölçüləri, lövbərlərə olan texniki və təhlükəsizlik tələbləri öz əksini tapıb.

 

Qeyd edək ki, standart Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən işlənib komitəyə təqdim edilib.

Sizin Reklam Yeriniz