news Image
2013.08.21
11:10
| A A A
Informasiya Texnologiyaları Universitetinə qeydiyyat başlayıb

Informasiya Texnologiyaları Universitetinə qeydiyyat başlayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Movqe.az-a verilən məlumata görə,  İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olanlar bu gündən etibarən qeydiyyatdan keçərək sənədlərini təsdiq etdirə bilərlər.Bunun üçün attestat, şəxsiyyət vəsiqəsi, 4 ədəd  (3x4) fotoşəkil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartı, istifadəçi adı və şifrəsi, məcburi köçkün statusunu təsdiq edən vəsiqə (mövcud olduğu halda) tələb olunur. Qeydiyyatın aparılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən səlahiyyətli nümayəndələr təyin edilib. Qeydiyyat avqust ayının 29-na qədər davam edəcək. Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılır (Ünvan: AZ1008 Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küç., 11). Məlumat üçün bildirək ki, İTU üçün ayrılan 60 plan yeri dolub. Abituriyentlər bu ali təhsil ocağına minimum 610 keçid balı ilə daxil olublar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs