Əlaqə Arxiv
news Image
2013.08.21
13:52
| A A A
Sabah bəzi rayonlarda yağış yağacaq

Bakı və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir.


Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq  küləyi əsəcək.

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən  məlumatına istinadən verdiyi xəbərə görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

 Avqustun 22-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

Sizin Reklam Yeriniz