news Image
2013.08.21
13:38
| A A A
Azərbaycanla Pakistan arasında aviareysin açılması məsələsi müzkirədədir

Azərbaycanla Pakistan arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar davam edir.


Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfirliyin ikinci katibi Çingiz Qəribli bildirib.

 Onun sözlərinə görə, aviareysin gələn il açılması planlaşdırılsa da, hər iki tərəf aviareysin tez bir zamanda açılmasını istəyirlər: "Bu məsələ gündəmdədir. Lakin reyslərin hansı şirkət tərəfindən və hansı şəhərlər arasında olacağı barədə məsələlər müzakirələrin sonunda  həllini tapacaq".

 Ç. Qəribli vurğulayıb ki, marşrut ilə bağlı hazırda bir neçə alternativ variantlar nəzərdən keçirilir: "Reysin iqtisadi cəhətdən rentabelliyi üçün Bakıdan tranzit kimi istifadə edilməsi gözlənilir. Məsələn, İslamabaddan Avropanın şəhərlərinin birinə uçan təyyarənin Bakıda enməsini, sonra isə öz yoluna davam etməsini planlaşdırırıq. Bununla bağlı görüşlər davam edir, müzakirələr gedir".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs