news Image
2013.08.21
15:30
| A A A
Avtobuslarda sabahdan yoxlamalara başlanılacaq-Özəl
Vaqif Əsədov: "Avtobusların qarajlarında təmiz hava aylığı ilə bağlı yoxlanılmasına start veriləcək"

Sabahdan paytaxtda avtobus parklarında yoxlamalara başlanılacaq. Bu barədə məlumatı Movqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov  verib. V. Əsədov bildirib ki, xətt sahiblərinin təsərrüfatındakı  avtobuslar müasir texniki vasitələrlə reys qabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcəkdir: "Yalnız bundan sonra həmin avtomobilin yol hərəkətində istismarına qərar veriləcəkdir. Sabahdan  avtobusların qarajlarda yoxlanılmasına start veriləcək". 

V.Əsədovun sözlərinə görə, mühərrikində normadan artıq dəm qazı olan avtobusların xətə buraxılmasına icazə verilməyəcək.

Qeyd edək ki, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə "Təmiz hava" aylığı keçirir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs