news Image
2013.08.21
21:34
| A A A
Suriyaya kimyəvi silah iddiası

Movqe.Az xəbər verir ki, Suriyalı müxaliflər, Əsəd rejiminin paytaxt Şamın şərqindəki Şərqi Guta bölgəsində kimyəvi silah istifadə etdiyini iddia edib. Suriya Ümumi İnqilab Şurasının iddiasına görə, hücumda 430 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Suriya Dövlət Televiziyası isə iddianı təkzib edib. Hücumun Şərqi Gutada 6 məntəqədə təşkil edildiyi və 430 nəfərin öldüyü bildirilir. Aktivistlər, yaralı sayının 3 min 600 olduğunu iddia edir. Şam ətrafındakı digər bölgələrdən də şiddət xəbərləri gəlir. Yerli koordinasiya komitələrinə bağlı fəallara görə, ən az 30 nəfər hücumun ardınca Şamın dərhal şərqindəki bir xəstəxanaya aparılıb. Suriya İnsan Haqqları İzləmə Təşkilatı, cənub Muademiyedə onlarla insanın ağır bombardmanda öldüyünü bildirib. Digər tərəfdən Bəşər Əsəd rəhbərliyi, Şamın Şərq Gotada kimyəvi silahların istifadə edildiyinə dair xəbərlərinin əsassız olduğunu, xəbərin "terroru dəstəkləmək" üçün çıxarıldığını deyib.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs