Əlaqə Arxiv
news Image
2013.08.21
18:03
| A A A
Bakıda 72 sürücüyə avtomobilini istismar etmək yasaqlandı-Eksklüziv

Bu günə kimi  "Təmiz hava" aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbi Sərvətlər Nazirliyi birgə 12 avtomobil təssərrüfatı müəssisəsində reyd keçirib. Movqe.az-a bu barədə məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib ki, həmin reydlər zamanı 72 sürücüyə protokol tətbiq olunub. V. Əsədov bildirib ki, həmin sürücülərə idarə etdikləri avtomobilləri saz vəziyyətə gətirənədək istismar etmələrinə qadağa qoyulub: "Reydlər zamanı avtomobil təsərrüfatında olan nəqliyyat vasitələri müasir texniki vasitələrlə görə yoxlanılıb və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Mühərrikində normadan artıq dəm qazı olan avtomobilin 72 sürücüyə inzibati qaydada protokol yazılaraq, avtomobilin istismarı qadağan olunub. 

V. Əsədov reydlərin bu ayın sonunadək davam edəcəyini, avtomobil təssərrüfatı müəssisələrində yoxlamaların aparılacağını söyləyib. Onun sözlərinə görə, yoxlamalar avtomobillərinin sayı 50-dən yuxarı olan müəssisələrdə keçirilir. Qeyd edək ki, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə "Təmiz hava" aylığı keçirir.


Sizin Reklam Yeriniz