Əlaqə Arxiv
news Image
2013.08.22
11:47
| A A A
Angela Merkel sabiq nasist konslagerləri ziyarət edib
Angela Merkel Almaniyanın cənubunda sabiq Daxau nasist konslagerlərini ziyarət edən ilk kanslerdir.

Angela Merkel 1933-1945-ci illərdə qətlə yetirilən 43,000 insanın məzarına əklil qoyub. Çıxışı zamanı xanım Merkel deyib ki, bu məzarlar biganəliyin təhlükəli nəticəsi barədə xəbərdarlıqdır.

Sentyabrın 22-sində keçiriləcək ümummilli seçkilər qabağı kampanyası zamanı xanım Merkelin konslagerə səfərinə reaksiyalar fərqli olub.

Bəzi tənqidçilər bunun həqiqi anma məqsədi deyil, siyasi kampanyanın bir hissəsi olduğunu düşünür. Digərləri isə bu jesti dəstəkləyib.

Xanım Merkeli nasist konslaqerlərinə ziyarət etməyə 1945-ci ildə Daxau konslaqerindən Amerika əsgərlərinin köməyi ilə azad edilən 93 yaşlı Maks Mannheimer dəvət edib.
Sizin Reklam Yeriniz