Əlaqə Arxiv
news Image
2013.08.22
11:43
| A A A
İran prezidenti azərbaycanlı fəalları azad etməyə çağırıldı

"Human Rayts Votç" beynəlxalq hüquq müdafiə təşkilatı İran prezidenti Həsən Ruhanini beş azərbaycanlı fəalı azad etməyə çağırıb: "İran rəsmiləri beş azərbaycanlı hüquq müdafiəçisini dərhal və qeyd-şərtsiz azad etməlidir. Onlar İranda azərbaycanlıların mülki və mədəni hüquqları uğrunda mübarizəyə görə uzunmüddətli həbsə məhkum ediliblər.

Bu, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləridir. Uzun illərdir bu hərəkat Azərbaycanın mədəni və dil özünəməxsusluğunu və azərbaycanlıların öz müqəddəratını həll etmək hüququ uğrunda mübarizə aparır. 16 iyun 2013-cü ildə Təbriz Apellyasiya Məhkəməsi Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadə barəsində 9 il həbs cəzasını təsdiq edib. Onlar milli təhlükəsizlik məsələsində təqsirli biliniblər. Fəallar 2010-cu ildə həbs ediliblər və üç il sonra mühakimə olunublar. İttihamlar üçün əsaslardan fəalların Urmiya gölünün quruması ilə əlaqədar hakimiyyətin fəaliyyətsizliyinə etirazları olub".

Xəbəri "Turan" yayıb.

Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadə Kərəcin Rəcayişəhr zindanında cəza çəkirlər.

Sizin Reklam Yeriniz