Təhsil Nazirliyindən Sumqayıt və Abşeron məktəblilərinə forma ilə xəbərdarlıq-Özəl
Təhsil Nazirliyi Abşeron-Sumqayıt məktəblərində
məktəbli formalarının dizaynı ilə bağlı yaranmış çaşqınlıqlara
aydınlıq gətirib. Movqe.az-ın sorğusuna cavab olaraq Təhsil
Nazirliyindən məlumat verilirb ki,Sumqayıt şəhərində və Abşeron
rayonunda valideynlərə 2 müəssisəsinin – Bakı Tikiş Evinin və Bakı
Tekstil Fabrikinin məhsulları təklif olunur: "Uşaqlar məktəbə
məktəbli formasında gəlməlidirlər, bu, vacibdir. Məktəbli
formasının dizaynı fərqli ola bilər. Məsələn, Təhsil şöbəsi çalışır
ki, hər hansı bir məktəbdə şagirdlər eyni müəssisənin istehsalı
olan formanı geyinsinlər. Bakı şəhəri üçün məktəbli formasının eyni
dizaynı müəyyənləşdirilib və məktəbli forması istehsal edən
müəssisələr bundan xəbərdardırlar".