Əlaqə Arxiv
news Image
2013.08.22
15:15
| A A A
Özəl ekspertiza ətrafında böyük problem
Eyyub Hüseynov: «Satıcı 3 gün müddətinə malı və xidməti ekspertiza edib alıcıya yazılı məlumat verməlidir»

Mehman Muradlı: "Əgər satıcı özəl ekspert rəyini nəzərə almırsa, istehlakçının hüququ var ki, məhkəməyə müraciət etsin"


Bu gün alınanın bütün məhsulların keyfiyyətindən heç də hamı razılıq ifadə etmir. Lakin məhsulun keyfiyyətsizliyini satan tərəfə sübut etmək də həmişə asan olmur. Bir sıra Qərb .lkələrində belə hallarda ekspertiza mərkəzləri kara gəlir. Ölkəmizdə isə belə mərkəzlərə istehlakçı nadir hallarda müraciət edir. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri  Eyyub Hüseynov qeyd edir: "İstehlakçıların hüquqlarının qorunması haqqında qanunda göstərilir ki, istehlakçının  malı ekspertizaya verə bilmək üçün onu satıcıdan tələb etmək hüququ var. Satıcı 3 gün müddətinə malı və xidməti ekspertiza edib alıcıya yazılı məlumat verməlidir. Qanun belədir. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanda tibbi, mal, xidmət, social və digər  ekspertizalar çox pis gündədir. Digər tərəfdən müstəqil ekspertizaların nəticələri məhkəmələr tərəfindən qəbul olunmur. Azərbaycan qanunvericiliyinə görə məhkəmələr yalnız "Məhkəmə tibbi ekspertiza institutu"nun nəticələrini qəbul edir".  

Eyyub Hüseynov  AİB-nin bu sahədə müxtəlif problemlər yaşadığını da bildirdi: "Parlamentin bir çox müstəqil sağlam düşüncəli, humanist insanları bizimlə bu məsələlərdə əməkdaşlıq edir. Lakin çox təəssüf  ki, irəliləyiş yoxdur". 

Hüquqşünas Mehman Muradlı isə bildirir: "Müştəri bu məsələni məhkəmə qaydasında mübahisələndirə bilər. Hətta İqtisadi İnkişaf Nazirliyinin tabeliyində olan Istehlakçıların Hüquqlarının Müdafiəsi Mərkəzinə müraciət edə bilər. Ekspertizanın keçirilməsinin də qaydası var. Əgər satıcı özəl ekspert rəyini nəzərə almırsa, istehlakçının hüququ var ki, məhkəməyə müraciət etsin. İstənilən formada bu sübut növü sayılır. Elə bir şey yoxdur ki, məhkəmə özəl ekspertizanın nəticəsini qəbul etməsin. Sadəcə satıcı etiraz edə bilər. Bu halda isə, məhkəmə işi ədalətli araşdırması üçün ekspertiza təyin edəcək. Burada söhbət özəl ekspertiziyaya inamın azlığından getmir. Sadəcə, bu institut Azərbaycanda təzə-təzə formalaşır. Ümumiyyətlə, bizdə xidmət sahəsində nöqsanlar çoxdur. Bu sahə də nöqsandan kənar deyil. Həm də malların sertifikatlaşdırılmasında da böyük nöqsanlar, qüsurlar mövcuddur".


Sizin Reklam Yeriniz