news Image
2013.08.22
13:47
| A A A
Heyvanlar arasında yayılan xəstəlik 28 rayonu əhatə etdi-Eksklüziv
Yolçu Xanvəli: "Cənab nazir İsmət Abasov xəstəliyin müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib"

Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstək  artıq 28 rayonu əhatə edib.  Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, artıq 28 rayonda iribuynuzlu mal-qara arasında bu xəstəliyin  yayılması qeydə alınıb. Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova ötən gün keçirdiyi mətbuat konfransında xəstəliyin 17 Aran rayonunda yayıldığını söyləmişdi. Y. Xanvəli Movqe.az-a açıqlamasında söyləyib ki, xəstəliyin müalicəsi üçün Kənd təssərrüfatı naziri İsmət Abasov hökumətə müraciət edib: "Hazırda Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət hesabına müalicə olunan xəstəliklərin siyahısında 11 xəstəlik var. Yeni yayılan xəstəlik bu siyahıda olmadığından, xəstəliyin qeydə alındığı rayonlarda heyvanların müalicəsi sahibkarların özləri tərəfindən aparılır. Yəni lazımi dərman preparatlarını sahibkarlar özləri alırlar. DBX tərəfindən xəstəliklə mübarizə aparılması üçün dövlət tərəfindən vəsait ayrılmadığından sahibkarlar mal-qaralarının müalicəsinə lazım olan dərmanları özləri alırlar. Amma Nazirlər Kabinetinin qərarında da var ki, ölkəmizdə mal-qara arasında yeni xəstəlik yayılarsa, bunun üçün dövlət tərəfindən vəsait ayrıla bilər. Ona görə də, cənab nazir İsmət Abasov hökumətə müraciət edib".

Y. Xanvəli Aran bölgələrində yeni yayılan virusun bünya virus ailəsinə məxsus olan xəstəlik olduğunu, üç virusun qarışığı olduğunu söyləyib. Onun sözlərinə görə, bu şomonda, akabene, aina adlı viruslardır:"Ağcaqanad və həşəratlar vasitəsilə yayılan xəstəlik mal-qara arasında artıq geniş yayılmaqdadır. 28 rayon üzrə iribuynuzlu heyvanların 25 faizi bu xəstəliyə yoluxub". 

Sahibkarlar Movqe.az-a bildiriblər ki, xəstəliklə dövlət tərəfindən mübarizə aparılmasa mal-qara arasında yayılmış virusun qarşısını almaq çətin olacaq: "Dərman preparatlarını özümüz-öz vəsaitimiz hesabına alırıq. Xəstəlik qeydə alınan heyvanlarda məhsuldarlıq, südvermə faizi aşağı düşür. Heyvanlıarın ayağı iflic olur".

Qeyd edək ki, qansovurucu həşaratlat vasitəsilə yayılan bu xəstəlik hələ 2011 Avropa ölkələrində tüğyan edir. 

Aran "Bir sıra rayonlarda heyvanlar arasında müşahidə olunan xəstəlik virus xəstəliyidir və insana keçmir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs