news Image
2013.08.22
16:04
| A A A
Fransa Suriyaya müdaxilə çağırışı etdi

Movqe.Az xəbər verir ki, Suriyada dünən 1400 nəfərin dünyasını dəyişməsinə səbəb olduğu iddia edilən kimyəvi silah istifadəsi iddiaları ilə bağlı Fransa Xarici işlər nazirliyindən şərh gəlib. Fransa xarici işlər naziri Laurent Fabius, Suriyada dünən yaşanan dramın ardınca, Suriya Milli Koalisiyası rəhbəri Əhməd Əl Jarbanın "kimyəvi silah istifadə edildiyi" mövzusunda israr etdiyini dilə gətirərək, "BMT dərhal bunu araşdırmalıdır. Əsəd rejiminin gizlədəcək bir şeyi yoxdursa heyətin araşdırmasına icazə verməlidir . Əgər bu məlumat doğru çıxarsa rejimə qarşı güc istifadə edilməlidir. Və əgər bu qərarı BMT almazsa, başqa cür alınar "deyib.

Fransız xəbər kanalı BFM TV-yə danışan Fabius, kimyəvi silah iddialarına cavab olaraq, "Sizə əlimdəki məlumatları verəcəyəm. Dünən gecə Jarba ilə uzun müddət danışdım. Özü kimyəvi silah istifadə edildiyi məlumatını qəti və açıq bir dillə təsdiqləyir. Jarbanın mənə izah etdiklərinə görə, təyyarələrlə , mərmilərlə və kütləvi kimyəvi silahlarla çox ağır bir hücum reallaşıb. Müxalifət üçün bu artıq rəsmi bir məlumatdır "deyib. Fabius, "Biz dərhal BMT-ni vəzifəyə çağırdıq. Çünki BMT-nin bir heyəti hələ də Suriyadadır. Əgər Suriya rejiminin gizlədəcək bir şeyi yoxdursa dərhal bölgədəki BMT heyətinin araşdırma etməsinə imkan verilməlidir. BMT Baş katibi Bank Muna bu istintaqı sürətlə reallaşdıracağı mövzusunda inanırıq "deyib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs