news Image
2013.08.22
17:05
| A A A
Bakıda yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün hər biri 50 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa etdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün hər biri 50 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq inşa etdirir.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, yetkinlik yaşına çatmayan və risk qrupuna daxil olan uşaqların cəmiyyətə inteqrasiyası, onların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması, onlara hüquqi yardımın göstərilməsi, onların həyat səviyyəsinin qorunması məqsədilə tikilən bu yeni sosial obyektlərin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.


Qeyd edək ki, ixtisaslaşmış reabilitasiya mərkəzi və sosial sığınacaq yetkinlik yaşına çatmayanları nəzarətsizlik və yiyəsizliyə gətirib çıxarmış səbəblərin aşkar edilərək aradan götürülməsinə, çətin həyat şəraitinə düşmüş uşaqların müvəqqəti yaşayışının təmin olunmasına xidmət edəcək.


Eyni zamanda, həmin uşaqların müvəqqəti yaşayış yerində sosial statusunun bərpası və ailələrinə qayıtmasına yardım olunması, çətin həyat şəraitinin ləğv olunmasında uşaqlara, həmçinin onların valideynlərinə (yaxud qanuni nümayəndələrinə) sosial, psixoloji və digər xidmətlərin göstərilməsi təmin olunacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs