Əlaqə Arxiv
news Image
2013.08.23
12:09
| A A A
İstirahət günləri temperatur yüksələcək
Yaxın günlər ərzində Azərbaycan paytaxtında havanın temperaturu 37 dərəcəyə kimi yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Havanın temperaturunun gecə 20-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Avqustun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir. Avqustun 23-dən 25-dək iqlim normasına yaxın temperatur rejimi meteohəssas Bakı və Abşeron yarımadasında insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq fonunda rütubətliliyin normadan çox olması bürkü hissi yarada bilər. Avqustun 24-25-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin avqustun 25-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Avqustun 24-25-də havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq. 
Sizin Reklam Yeriniz