Əlaqə Arxiv
news Image
2013.08.23
12:21
| A A A
Məşhur müğənninin oğlu "Eurovision" iştirakçısından dərs alır-Özəl
Könül Kərimova: "Oğlumla bağlı layihəmiz hələki hazırlıq prosesindədir"

Müğənni Könül Kərimova yay istirahətindən doymur. Müğənni Mövqe.az-a açıqlamasında bu mövsüm cəmi 10 gün dincəldiyini deyib: "Bu yay cəmi 10 gün dincəldim. Ancaq bu 10 gün mənə bəs etmədi. Çünki bu illərin yorğunluğudur. Heç beynim dincəlmədi. Yeni mövsümdə planlarım çoxdur . Qarşıda çox böyük bir işlərimiz-layihəmiz var. Cabbar Musayevlə birgə gözəl bir layihə etmək fikrindəyik. Cabbar Musayevlə yeni duet də oxuyacağıq. Verlişim də öz axarı ilə hələ ki, davam edir. Oğlumla bağlı layihəmiz isə hələki hazırlıq prosesindədir. İstəmirəm ki, oğlum hazırlıqsız bu sənətə gəlsin. Onun birdən-birə böyük səhnəyə atılmasını istəmirəm və buna icazə vermirəm. Yox belə olmaz, heç mən də buna razı olmaram. Oğlum Samir Cavadzadənin yanına hazırlığa gedir. Məşqlər gedir, öyrənir. Onun hazır olduğunu gördüyüm zaman ona böyük səhnəyə qədəm qoymağa icazə verəcəm".

Sizin Reklam Yeriniz