news Image
2013.08.23
13:06
| A A A
Bakıda avtobus yanaraq külə döndü: iki yaralı(FOTO)

Hadisə Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında baş verib

Bu gün səhər saat 09:00 radələrində Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusu yanıb. Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobus qəfil alovlanıb. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğınsöndürənlər 2 nəfəri alovun içindən çıxarıb. 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəsarət alan şəxslərin kimliyi məlum olub. ANS PRESS-in məlumatına görə, avtobusun yanması nəticəsində 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımv xəsarət alıb. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs