news Image
2013.08.23
13:14
| A A A
Məktəbi qızıl medal bitirən abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticə açıqlanıb

Bu il qızıl medala layiq görülən abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında göstərdiyi nəticə açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mtbuat konfransında deyib ki, bu il qızıl medala layiq görülən 11-ci sinif məzunlarının əksəriyyəti yüksək -600 bal toplayıb.


M.Abbaszadə bildirib ki, qızıl-gümüş medal alan abituriyentlər qəbul imtahanlarında maksimum 700 baldan 450, hətta 400 bala qədər toplaya bilərlər.


Komissiya sədrinin sözlərinə görə, qızıl medal abituriyentlərin bəziləri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etməyiblər: "Həmin məzunlar yəqin ki, xarici ölkələrin ali məktəblərinə sənəd veriblər".


M.Abbaszadə bildirib ki, qızıl-gümüş medal alan abituriyentlərin qəbul imtahanlarında topladıqları nəticələr Təhsil Nazirliyində də müzakirə edilib: "Təhsil Nazirliyinin bu məsələyə marağı var. Onlar bu məsələləri rayon təhsil şöbələri, məktəblərlə birgə araşdıracaqlar".

TQDK sədri bildirib ki, "Təhsil haqqında" qanuna əsasən, bu gün yalnız dünya fənn olimpiadasının qalıbləri, idmançılar və Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş digər beynəlxalq müsabiqələrin qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar. "Təhsil haqqında" qanunda qızıl medal alanların müsabiqədənkənar qəbul olunması nəzərdə tutulmayıb. Buna görə də onlar ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilməzlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs