Əlaqə Arxiv
news Image
2013.08.23
15:05
| A A A
Binəqədi rayonunda “Kitab həftəsi”

Mövqe.az xəbər verir ki, 19-25 avqust tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi rayonunda "Kitabhəftəsi" keçirilir."Kitabhəftəsi" çərçivəsində rayon ərazisinə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının layihəsi olan "Gəzən kitabxana" gətirilmişdir.Kitabxana 10 gün müddətində rayon kitab sevərlərinə xidmət göstərəcək.Səyyar  kitabxanada 4 dildə - azərbaycan, rus, ingilis və türk dillərində 5000 çap və 10000 ədəd elektron kitab mövcuddur.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Hədəf" nəşriyyatının, "Letterpress"nəşriyyat evinin endirimli qiymətlərlə kitab yarmarkası təşkil edilmişdir.Yarmarkada minlərlə müxtəlif çeşidli bədii, metodik, elmi, uşaq və xarici ədəbiyyat nümunələri var.

Gələcəkdə də mütəmadi davam etdiriləcək aksiyada məqsəd gənclərin, o cümlədən vətəndaşların kitaba olan marağını artırmaq və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.


Sizin Reklam Yeriniz