news Image
2013.08.23
15:29
| A A A
AB ötən il Azərbaycanın inkişafına yardım üçün 20,37 milyon dollar ayırıb

Avropa Birliyi ötən il Azərbaycanın inkişafına yardım məqsədilə 20,37 milyon dollar ayırıb.


APA-nın məlumatına görə, bu barədə Avropa Komissiyasının xarici yardım siyasəti və onun reallaşmasına həsr olunmuş illik hesabatında bildirilib.

 Hesabatda qeyd olunub ki, AB Azərbaycanda energetika və ədliyyə sahəsində islahatları stimullaşdırmağa davam edir. Bundan başqa ölkədə kənd təsərrüfatının inkişafına dəstəyə dair yeni proqram təsdiqlənib.

 

Sənəddə bildirilib ki, ictimai maliyyə siyasətinə dair proqramların reallaşması üçün planlaşdırılan büdcə milli orqanlar tərəfindən qəbul olunmadığına görə, 2012-ci ildə Azərbaycana göstərilən maliyyə yardımının həcmi azaldılıb. Bununla belə AB Azərbaycanla bu sahədə dialoqu davam etdirməkdə maraqlıdır.

 Ötən il AB Azərbaycanda 13 tvinniq layihəsi həyata keçirib, 6 layihə isə hazırlıq mərhələsindədir.

 

Xatırladaq ki, AB ötən il Ermənistana 31,81 milyon, Gürcüstana 91,82 milyon dollar yardım ayırıb. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs