Əlaqə Arxiv
news Image
2013.08.23
16:33
| A A A
Moskva bazarlarında “təmizləmə” əməliyyatları davam edir

Saxlanılanlardan 33 nəfərinin ölkədən deportasiya olunması haqqında qərar qəbul edilib

Rusiya xüsusi təyinatlı polis dəstələri - OMON Moskva vilayətinin Dolqoprudnıy rayonunda yerləşən meyvə-tərəvəz bazasında "təmizləmə əməliyyatı" keçirib. Bu barədə APA-ya Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, keçirilən əməliyyat zamanı polis Rusiya miqrasiya qanunvericiliyini pozan 600-ə yaxın xarici vətəndaşı saxlayıb. Onlar polis şöbələrinə aparılıblar.

 

Saxlanılanlardan 33 nəfərinin artıq ölkədən deportasiya olunması haqqında qərar qəbul olunub. Onlardan 7 nəfərinin saxta miqrasiya sənədi olduğu bildirilib.

 

Polisdən əlavə ediblər ki, saxlanılan qeyri-leqal miqrantlar meyvə-tərəvəz bazasının ərazisində yaşayanlardır.  

Sizin Reklam Yeriniz