Əlaqə Arxiv
news Image
2013.08.23
20:42
| A A A
Qasırğada 600 min nəfər evsiz qalıb

Movqe.Az xəbər verir ki, Filippində paytaxt Manila və ətraf əraziləri təsiri altına alan şiddətli yağışların yol açdığı sel nəticəsində 20 nəfər ölüb, 600 min nəfər idə evsiz qalıb. Ölkənin şimal bölgələrində Tram fırtınası nəticəsində yaşanan təbii fəlakət nətcəsində həyat durğunlaşıb. Filippin Milli Fəlakət Risk Azaldılması və İdarə heyəti tərəfindən edilən şərhdə, qasırğa nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 600 min nəfərdən 200 min nəfərin müvəqqəti sığınacaqlara yerləşdiyi bildirilib. 400 min nəfərin isə ölkənin digər bölgələrindəki qohumlarına sığındığı qeyd edilib. Səhiyyə Nazirliyi, müvəqqəti sığınacaqlarda epidemiya xəstəliklərinə qarşı tədbirlərini artırıldığını söyləyib. Tram fırtınasının gətirdiyi şiddətli yağışlar nəticəsində yaranan selin ölkəyə zərərinin 2,2 milyard dollar olduğu açıqlanıb.


Sizin Reklam Yeriniz