news Image
2013.08.23
18:04
| A A A
Şəkər xəstələrinin sayı niyə artır?

"Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib". Bu məlumatı Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə Oqtay Şirəliyev deyib. 

Nazir bildirib ki, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artaraq 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Statistik rəqəmlər göstərir ki, son illər dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunur. 

Ölkənin baş endekrionoloqu Rafiq Məmmədhəsənov Movqe.az-a açıqlamasında bildirib ki, ölkəmizdə şəkər xəstələrinin sayının artması, son illər bütün dünyada müşahidə olunan tendensiyadır: "Azərbaycanda şəkərli xəstələrin sayının artmasında xüsusi səbəb axtarmaq lazım deyil. Əvvəllər də ölkəmizdə şəkər xəstələrinin sayı çox olub. Sadəcə olaraq, o vaxt camaatın çoxu şəkər xəstəsi olduğunu gizlədirmiş. Amma indi dövlət diabet xəstələrinin qeydiyyatını aparır. Yəni gizli qalan şəkər xəstələrinin sayı çox az olur".

Baş endekrionoloq deyir ki, Azərbaycanda irsi şəkər xəstələrinin sayı çoxdur. Bu xəstəlik beləcə irsən üzə çıxır.

Azərbaycan Diabet Liqasının rəhbəri Yeganə Sultanova isə son illər şəkər xəstələrinin sayının artmasında dövlət tərəfindən şəkər xəstələri ilə bağlı xüsusi proqramın qəbul olunmasının rolu olduğunu söyləyir. Y. Sultanova deyir ki, əvvəllər müayinələr zamanı müraciət edən xəstələrin qanında şəkərin miqdarı yoxlanılmırdı. İndi isə bütün müayinələr zamanı şəkər mütləq yoxlanılır. Bu zaman şəkər xəstəsi olduğunu bilməyən insanlar müayinə zamanı bunu öyrənirlər. Beləcə onların da adı siyahıya salınır.  Liqa sədri deyir ki, ölkədə şəkər xəstələrinə pulsuz dərmanların verilməsi və özünənəzarət aparatlarının paylanması da şəkərli diabet xəstələrinin sayının artmasında rol oynayır: "Şəkər xəstələri əvvəl qeydiyyata düşmürdülər. Çünki bunu lazımlı hesab etmirdilər. Ancaq indi dövlət tərəfindən pulsuz dərmanlar və aparatlar almaq üçün heç kəs qeydiyyatdan kənarda qalmır".    


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs