news Image
2013.08.23
18:33
| A A A
Yollarda sürət həddinin artırılması "ölüm kabusu"na çevrilib
Son vaxtlar yollarda baş verən qəzaların sayının artmasında sürət həddinin aşılması  səbəb kimi göstərilir. Bununla belə artıq bir müddətdir ki, magistral yollarda sürət həddi artırılır. Ekspertlər yol qəzalarının artmaına magistral yollarda qoyulmuş sürət həddinin artırılmasının səbəb olduğunu söyləyirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə Movqe.az-a açıqlamasında yollarda baş verən qəzaların sürət həddinin aşılması səbəbindən baş verdiyini təsdiqləyir. Amma V. Əsədov yollarda qəzaların magistral yollarda sürət  həddinin artırılması ilə əlaqədar olmadığını söyləyir. V. Əsədov deyir ki,  Azərbaycanda yollarda sürət həddi kortəbii artırılmır: "Yeni müasir standartlara uyğun yollar salınır ki, bu əsas verir ki, həmin yollarda sürət artırılsın.  Amma baş verən hadisələr göstərir ki, yol qəzaları yollarda qoyulmuş sürət həddinin dəfələrlə artıq aşılması səbəbindən baş verir. Ona görə də demək olmaz ki, yollarda qəzalara səbəb yollarda sürət həddinin artırılması yox, sürücülərin sürət həddinə riayət etməməsidir".  

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin statistikasına əsasən, cari ilin yanvarın 1-dən iyulun 1-dək respublikanın yollarında 1336 YNH baş verib ki, nəticədə 556 nəfər ölüb, 1452 nəfər isə xəsarət alıb. Xüsusilə, bu dövr ərzində Bakıda 490 YNH baş verib ki, nəticədə 160 nəfər ölüb, 506 nəfər isə xəsarət alıb. DYP-nin məlumatına görə, Azərbaycanda yol-nəqliyyat hadisələrinin (YNH) çoxu sürücülərin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verir ki, bu da ağır nəticələrə gətirib çıxarır. Əsas qayda pozuntusu yenə də sürət həddinin aşmasıdır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs