Əlaqə Arxiv
news Image
2013.08.24
11:08
| A A A
Qızıl medal alanlar arasında 140 bal toplayanlarda varmış
İki dövlət qurumu - Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasındakı fikir ayrılıqlarına biri də əlavə olunub. Bu dəfə problemə səbəb qızıl medalçıların bir çoxunun ali məktəblərə qəbul imtahanlarında özünü doğrultmaması olub. Dövlət Komissiyası məktəbi qızıl medalla başa vuranlar arasında aşağı nəticə göstərənlərlə bağlı araşdırmalara başlayır.  Movqe.az ANS-ə istinadən xəbər verir ki, Qəbul Komissiyası, Təhsil Nazirliyinin 238 nəfərə verdiyi qızıl medalın bəzisini şübhə altına alır. Komissiyanın sədri Məleykə Abbaszadə qızıl medalla təltif olunan məzunların bəzilərinin qəbul imtahanlarında çox aşağı nəticə göstərdiyini açıqlayıb: "Məzunlar arasında 443, 340, 543 yığanlar var.600-dən yuxarı bal toplayanlar da var, amma 320, 226, hətta 140 bal toplayan bir abituriyent də var ki, biz bunları artıq Təhsil Nazirliyinə təqdim etmişik".
Komissiya sədri qızıl medal alan, lakin qəbul imtahanında aşağı nəticə göstərən abituriyentlərin nəticələrini Təhsil Nazirliyi ilə birlikdə araşdıracağını açıqlayıb.Qeyd edək ki, qızıl medal alanların qəbul imtahanlarında aşağı nəticə göstərməsi məsələsinə isə Təhsil Nazirliyi hələlik mövqe bildirməyib.Xatırladırıq ki, Təhsil Nazirliyində baş verən "qızıl medal" rüsvayçılığı ilə bağlı bir neçə dəfə yazılar dərc edilib. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin yazılarda qəbul imtahanı zamanı 473 bal toplayan Qədirli Fəridin müəmmalı şəkildə "qızıl" medal alması haqqında söhbət gedirdi. Bildirilirdi ki, Fəridin atası Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, anası isə məzunu olduğu 164 saylı məktəbin direktoru Kəmalə Qədirovadır. Bununla belə, ehtimal olunurdu ki, onun qızıl medal almasında valideynlərinin müstəsna "rolu" olub. Həmişə cəmiyyətə açıq olan TQDK "medalçılar" barədə öz sözünü dedi. İndi qalır, Təhsil Nazirliyinin məsələyə münasibəti...
Sizin Reklam Yeriniz