news Image
2013.08.26
14:48
| A A A
Obama və Kameron Suriya böhranından danışıb

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, İngiltərə Baş naziri Deyvid Kameron ilə telefonda danışıb. Ağ Evdən edilən şərhdə, iki liderin, görüşdə, Suriyada davam edən mübarizə daxil olmaqla, ABŞ və İngiltərənin üz-üzə qaldığı ortaq təhlükəsizlik problemləri haqda danışdıqları deyilib. Obama və Kameronun, 21 Avqustda Şam yaxınlarında Suriya rejimi tərəfindən vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyinə dair xəbərlərdən duyduqları dərin qayğılarını dilə gətirdiyi şərhdə, iki liderin bu hadisə və kimyəvi silah istifadəsinə dair beynəlxalq cəmiyyətin mümkün cavabına yönəlmiş söhbətlərinin davam edəcəyi bildirilib. Şərhdə, kimyəvi silah istifadəsinə qarşı ABŞ və İngiltərənin birlikdə dayandığı qeyd edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs