news Image
2013.08.26
16:42
| A A A
Turizm İdarəsindən "Nabran Village Holiday” istirahət mərkəzi ilə bağlı açıqlama-Eksklüziv
Aydın İsmiyev: "Bu gün həmin obyektin fəaliyyət göstərdiyi barədə yalnış məlumatlar yayılsa da, bu sözlər təbii ki, doğru deyil"

"İyulun 21-də "Nabran Village Holiday" istirahət mərkəzində baş verən hadisə  bu turizm mövsümündə ölkədaxilindəki turizm obyektlərinə axını azaltmayıb".  Bu sözləri Movqe.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib. A. İsmiyev bildirib ki, baş verən hadisə üzücü olsa da, bu daxili turizmə olan tələbatı azaltmayıb:  "Əlbəttə, biz də istəməzdik ki, Azərbaycanda turizm obyektlərində bu cür hadisə baş versin. Bu həmin obyektin əməkdaşlarının məsuliyyətsizliyindən baş verən bir hadisə idi. Bu gün həmin obyektin fəaliyyət göstərdiyi barədə yalnış məlumatlar yayılsa da, bu sözlər təbii ki, doğru deyil. Çünki, həmin obyektin lisenziyası ləğv edilib, fəaliyyətinə xitam verilib. Bu mövsüm Azərbaycana gələn turstlərin sayını açıqlamaq hələ tez olsa da, "Nabran Village Holiday" istirahət mərkəzindəki arzuolunmaz hadisənin daxili turizmə axını azaltmayıb.  Bölgələrimizdəki,istirahət mərkəzlərinin çoxunda yer çatışmayıb. Təbii ki, daxili turizmin inkişafı üçün turizm obyektlərinin üzərinə böyük məsuliyyət düşür. Biz bütün istirahət mərkəzlərinə bu qaydaları hazırlayaraq göndərmişik". Xatırladaq ki, Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş  vermiş hadisə zamanı ayaqlarını itirən İmran Cəfərzadənin xaricdə müalicəsi hələ də davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs