Əlaqə Arxiv
news Image
2013.08.26
20:10
| A A A
Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən düşərək ölüb

Bakıda 17 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən yıxılaraq yaxınlıqdakı üçmərtəbəli binanın damına düşüb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

1996-cı il təvəllüdlü Sevinc Sadiq qızı Musayevanın cəsədi xilasedicilər tərəfindən damdan endirilərək aidiyyəti üzrə təhvil verilib. 

Sizin Reklam Yeriniz