Əlaqə Arxiv
news Image
2013.08.26
19:50
| A A A
ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası Bakıya gəlib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli missiyasının müşahidəçiləri fəaliyyətə başlayıb.


 Missiya artıq Bakıya gəlib. Missiya ölkədə seçkiqabağı situasiyanın hərtərəfli monitorinqini keçirəcək.

 

Bu həftə müşahidə missiyası mətbuat konfransı keçirəcək, konfransda uzunmüddətli missiyanın rəhbəri heyətin tərkibi və funksiyaları barədə geniş məlumat verəcək.

 

ATƏT-in Bakı Ofisinin rəhbəri bundan əvvəl jurnalistlərə verdiyi açıqlamada uzunmüddətli missiyanın tərkibinə 30 müşahidəçinin daxil olacağını, köməkçi heyətlə birlikdə missiyada 50-55 nəfərin təmsil olunacağını bildirmişdi.  (APA)

Sizin Reklam Yeriniz