Əlaqə Arxiv
news Image
2013.08.26
18:20
| A A A
Suriyada BMT üzvlərinə atəş açılıb

Atəş nəticəsində bir avtomobil sıradan çıxıb

Kimyəvi silahlarla əlaqədar Suriyada araşdırma aparan Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin olduğu avtomobil karvanı atəşə tutulub. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya Ümumi İnqilab Şurasının mətbuat xidmətinin katibi Əbu Məhəmməd baş verən hadisəni şərh edərəkən bildirib ki, BMT nümayəndə heyətinin avtomobili Dəməşqin girəcəyində Əsədə bağlı ordu birlikləri tərəfindən atəşə tutulub. 


Avtomobil karvanının atəşə tutulması, BMT nümayəndə heyətinin bölgədəki fəaliyyətinə Bəşər Əsədin mane olması kimi qiymətləndirilir.


Əbu Məhəmmədi iddia edib ki, atəş nəticəsində karvanda bir avtomobil sıradan çıxıb.


Sizin Reklam Yeriniz