Əlaqə Arxiv
news Image
2013.08.27
13:40
| A A A
Yaxın vaxtlarda ərzaq məhsullarının üzərinə yeni nişan vurulacaq-Özəl
Eyyub Hüseynov: "AİB qida məhsulları istehsal edən müəssisələrdə qiymətləndirmə aparacaq"

Yaxın vaxtlarda Azərbaycanda ərzaq məhsullarının üzərinə  Qida Təhlükəsizliyi Nişanı vurulacaq. Bu barədə məlumatı Movqe.az-a Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. E. Hüseynov bildirib ki, Azərbaycan  İstehlakçılarının  Qida  Təhlükəsizliyi  Nişanı  (AİQTN) rəsmi  qeydiyyatdan  keçib.  E. Hüseynov bildirib ki, AİB-nin   Azərbaycan  İstehlakçılarının  Qida  Təhlükəsizliyi  Nişanı  Şöbəsi    yaxın  vaxtlarda  qida  məhsulları  istehsal edən müəssisələrdə  qiymətləndirmə  aparacaqdır. AİQTN  tələblərinə  uyğun  keyfiyyətli  və  təhlükəsiz  ərzaq  məhsulları  istehsal  edən  müəssisələrin ərzaq  məhsullarının   etiketində  aşağıda göstərilən  nişanların   uyğun gələnindən  istifadə  olunmasına  icazə  veriləcəkdir. a)Gümüş  nişan, b)Qızıl  nişan, c)Platin  nişan: "Yaxın zamanlardan başlayaraq AİB, istehlakçıların təhlükəsiz ərzaq malı ilə təmin olunmasına stimullaşdırıcı dəstək verəcəkdir. Müasir standartlara cavab verən, istehlakçı üçün təhlükəsiz olan (HACCP) ərzaq malı istehsalı müəssisələri AİB-in təlim keçmiş qrupu tərəfindən qiymətləndiriləcək və nəticə müsbət olarsa müəssisə gümüş, qızıl və ya platin keyfiyyət nişanına layiq görüləcək. AİB nişan almış müəssisənin istehsalını müntəzəm ictimai nəzarətdə saxlamaqla, istehsal olunan malların təhlükəsizliyinə, keyfiyyətinə dair istehlakçıları məlumatlandıracaqdır".  

Layihəyə USAİD-dəstək verir.




Sizin Reklam Yeriniz