Əlaqə Arxiv
news Image
2013.08.27
14:18
| A A A
Milli Kulinariya Assosiasiyasının seçimi Royal Omega 3 yağları oldu!
Bu günə kimi, Super Sun yağları ilə beynəlxalq festivallarda uğurla təmsil olunan və hər zaman qalibiyyət ilə vətənə dönən Azərbaycan Milli Kulinariya Komandası bu dəfə, 03-05 sentyabr tarixləri arasında Rusiyanın Sverdlovsk şəhərində keçiriləcək Beynəlxalq Kulinariya festivalına Azərsun Holdinqin istehsalı olan Royal omega 3 qarğıdalı yağı ilə təmsil olunacaq. Milli kulinariya Assosiasiyasından Movqe.az-a verilən məlumata əsasən bu dəfə məhz Royal yağlarına üstünlüyün verilməsi, yağın xüsusiyyətləri ilə bağlıdır. Belə ki, Royal Omega 3 ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir. Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan  xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda əvəzolunmazdır. Komanda əmindir ki, festivaldan ən yüksək nəticələrlə dönəcək.

 

Sizin Reklam Yeriniz