Əlaqə Arxiv
news Image
2013.08.27
15:32
| A A A
Doğum haqqında şəhadətnaməsiz qalan uşaqlar
Mətanət Əzizova : «Elə uşaqlar var ki, yalnız məktəbə gedəndə artıq anlaşılır ki, bu uşağın heç doğum haqqında şəhadətnaməsi yoxdur»

Rafiq Təmrazov: "Evdə doğulan uşaqlara doğum haqqında şəhadətnamə almaq çətin olur"


Aparılan araşdırmalar ölkədə hələ də doğum evlərindən kənarda uşaqların dünyaya gəldiyini göstərir. Xüsusən də ev şəraitində dünya göz açanların sayı hələ az deyil. Bu isə sonradan körpələrdə müəyyən fəsadlar yarada bilir. Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova qeyd edir: "İlk növbədə evdə doğulan uşaqlar üçün doğum haqqında şəhadətnamə almaqda problemlər yaranır və bu da sonradan valideynlər üçün ciddi fəsadlar  yaradır. Elə uşaqlar var ki, yalnız məktəbə gedəndə artıq anlaşılır ki, bu uşağın heç doğum haqqında şəhadətnaməsi yoxdur. Bu şəraitdə artıq valideyn məhkəməyə müraciət etməli olur. Heç olmasa, belə şəraitdə təcili yardımın kağızı olmalıdır ki, bu uşaq həqiqətən də evdə doğulub. Əgər tibbi tərəfdən məsələyə yanaşsaq, görərik ki, həm ana və uşaq ölümü, həm antisanitariya kimi problemlər olur. Evdə doğuş edən ana demək ki, heç hamiləlik dövründə həkimə də müraciət etməyib. Doğuş zamanı heç bir problem yaşanmasa da, sonradan uşaqlarda xəstəliklər və əlillik olur.  Doğuşu ev şəraitində edən şəxslər heç bir halda  peşəkar hesab olunmur. Bu, çox təhlükəlidir. Bütün həkim komandası lazımdır ki, uşaq sağlam doğulsun". 

Evdə  doğulan uşaqların sayının hələ də çox olmasını təmin edən səbələrin nə olduğunu ekspert belə açıqladı: " Bunun səbəbi maddiyyat ilə bağlıdır. Həm qadın məsləhətxanaları, həm doğum evləri bəzən pul tələb edirlər. Hər bir qadında və ailədə o imkan yoxdur ki, o pulu ödəsin. Hamiləlik vaxtı müəyyən olunmuş labarator müayinədən keçmək üçün elə qadın olur ki, imkanı çatmır. Qadınlar imkansızlıqdan evdə doğum edirlər ki, bu, daha ucuzdur. İkinci səbəb ki, isə savadsızlığı deyə bilərik. Oxumuş xanım ola bilməz ki, evdə doğum etsin. Olsa da, bu hal  çox nadir halda baş verə bilər. Elə savadı olmayan qadınlar olur ki, eşitdiklərinə inanıb, evdə uşaq dünyaya gətirilər. Belə bir stretotiplər var ki, hamilə qadın yaxşı yesə, bununla da bütün problemlər həll olacaq. Heç bir müayinə, həkim məsləhəti lazım deyil. Qadının da savadı, dünyagörüşü, intellekti az olduğu üçün buna inanır və güvənir. Baxmayaraq ki, indi hepatit xəstəlikləri, mikroblar, cinsi yolla keçən xəstəliklərin sayı ölkədə daha çoxalmağa və sürətlə yayılmağa başlayıb. Belə bir halda evdə doğum edən ana və uşağa çox ciddi təhlükə yarana bilər".


Sosioloq Rafiq Təmrazov isə bildirir: "Hamilə qadınların doğuş  prosesləri həkim və tibbi personalın nəzararəti altında həyata keçirilməlidir. Hesablamalar onu göstərir ki, tibbi xidmətlər nə qədər mükəmməlləşirsə, peşəkar kadrlar artırsa, bütün dünyada ana və uşaq ölümü azalır. 

Qadınların çox vaxtı doğuşu evdə etməsinin ən birinci səbəbi maddi imknalarla bağlıdır. Doğuşu reallaşdıracaq olan həkimin təyin etdiyi maddi vəsaiti tapa bilməyən hamilə ana məcbur olub evdə doğum edir. Bu isə öz növbəsində müxtəlif fəsadlar yaradır. Təbii ki, sağlamlıq və antisanitariya cəhətdən evdə doğuş təhlükəlidir.Bu cür doğuş xəstə ana və uşaqların sayının artmasına gətirib çıxarır. Bundan əlavə evdə doğulan uşaqlara doğum haqqında şəhadətnamə almaq çətin olur. Mən ailələr tanıyıram ki, 4-5 yaşlı uşaqlar var ki, onlara sənəd almaq hələ də müşkül məsələyə çevrilib".



Sizin Reklam Yeriniz