news Image
2013.08.27
14:48
| A A A
Son istifadə tarixi ötmüş qidaları yeyəcəklər

Movqe.Az xəbər verir ki, Yunanıstandakı marketlərdə son istifadə tarixi keçmiş qidalar yenidən satışa veriləcək. İqtisadi böhran səbəbiylə vətəndaşların böyük hissəsinin dolanışıq çətinliyi çəkdiyi Yunanıstanda, marketlərdə son istifadə tarixi başa çatan yemək və içkilərin aşağı qiymətlərlə yenidən istehlakçıların seçiminə təqdim edilməsi qərarlaşdırılıb. Tətbiq, paytaxt Afinanın da daxil olduğu və ölkə əhalisinin yarısına yaxın hissəsinin yaşadığı Attiki bölgəsində 1 Sentyabrdan etibarən başlayacaq. Bu tarixdən etibarən market və dükanlarda son istifadə  tarixi keçmiş məhsullar "istifadəsi sona çatmış məhsul" etiketiylə ayrı hissələrdə yerini alacaq. Bu məhsulların sağlamlığa zərər verməyəcək şəkildə qorunma və istifadə məsuliyyəti isə satıcıya aid olacaq. Müəyyən şərtlər altında istehlakçıya təqdim ediləcək yemək və içkilərin üzərinə yazılacaq yeni istifadə tarixləri məhsul xüsusiyyətinə görə üç aya qədər uzadıla biləcək və restoran, yeməkxana kimi geniş kütlələrə xidmət verən yerlərdə istifadə olunmayacaq. Qanunla müəyyən edilmiş "asan pozula bilər" xüsusiyyəti olan məmulatları əhatə etməyən tətbiqdə, qaydalara uymayan satıcılar 5 min avroya qədər pul cəzalarına məruz qalacaq.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs