news Image
2013.08.27
19:12
| A A A
ABŞ-dan Yunanıstana tələb

Movqe.Az xəbər verir ki, ABŞ, Yunanıstandan hərbi baza vasitəsilə hava və dəniz sahəsini istifadə etməyi tələb edib. ABŞ-ın, Suriyaya hərbi müdaxilə vəziyyətində Yunanıstandan bəzi  müttəfiq qüvvələrə asanlıq və yardım təmin etməsi tələbində olduğu bildirilib. Yunan mediasında əks olunan xəbərlərdə, ABŞ-ın, Yunanıstan Müdafiə Nazirliyindən müdaxilə anında Suda və Kalamatadakı hərbi bazaları ilə dəniz və hava sahəsini istifadə etmək tələbində olduğu deyilib. Afinanın, transatlantik müqavilələrdən qaynaqlanan öhdəliklərini sonuna qədər yerinə yetirməyə hazır olduğunu, lakin hərbi əməliyyatlarda həqiqətən iştirak etməyəcəyini bildirdiyi qeyd edilib. Yunanıstan Baş qərargah Rəhbərliyinin əməliyyat mərkəzinə çatan məlumatlara görə, bölgədə müttəfiq qüvvələrə aid çox sayda gəminin toplandığı, bunun da əməliyyatla əlaqədar qərarın alındığı şəklində qiymətləndirildiyi deyilən xəbərlərdə, Yunanıstanın, yalnız qarşıdurmaların ümumi bir hal alması vəziyyətində silahlı qüvvələrini bölgədəki Yunanlıların uzaqlaşdırılması üçün hərəkətə keçirə bildirəcəyi qeyd edilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs