news Image
2013.08.28
10:15
| A A A
6 yaşı tamam olmayan uşaqların 1-ci sinfə qəbulu üçün verilən vaxt uzadılıb
Uşaqların 1-ci sinfə vaxtından əvvəl qəbul edilməsi üçün verilən vaxt uzadılıb. Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı bu barədə məlumat verib. Onun sözlərinə görə, 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixləri arasında tamam olan və təhsil nazirinin 16.06.2010 – cu il tarixli 796 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu qaydaları"na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri tərəfindən 17.07.2013 – cü il tarixədək sənədləri qəbul edilib. Lakin valideynlərin və digər qanuni nümayəndələrin Bakı şəhərində olmaması səbəbindən 20.08.2013 – cü il tarixədək BŞTİ – də qeydiyyatdan keçməsi mümkün olmamış uşaqların qeydiyyat müddətinin uzadılmasına Təhsil Nazirliyi tərəfindən baxılıb.
Təhsil Nazirliyinin 27 avqust tarixli məktubu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 6 yaşı cari ilin 15 sentyabr – 31 oktyabr tarixlərində tamam olan uşaqların sənədlərinin qəbulu müddətinin sentyabr ayının 5 – dək uzadılmasına icazə verilib.Sənədlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində 28.08.2013 – cü tarixindən (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00 – dan 17:00 – dək qəbul ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs