Əlaqə Arxiv
news Image
2013.08.28
11:40
| A A A
Azərbaycanda dəhşətli xəstəliyin yayıldığı rayonların sayı 35-ə çatdı-Özəl

Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstək  artıq 35 rayonu əhatə edib.  Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, artıq 35 rayonda iribuynuzlu mal-qara arasında bu xəstəliyin  yayılması qeydə alınıb. Onun sözlərinə görə, Tovuz, Qazax-Ağstafa və Qax da iribuynuzlu heyvanlar arasında xəstəiyin yayıldığı üzə çıxıb: " Son məlumata görə, 118 min 555 baş heyvan bu xəstəlikdən müalicə olunub".
Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətindən iki gün öncə Movqe.az-a verilən son məlumatda xəstəliyin 31 rayonda yayıldığı bildirilmişdi. Hazırda isə rayonların sayı 35-ə çatıb. Y. Xanvəli Movqe.az-a açıqlamasında söyləyib ki, xəstəliyin müalicəsi üçün rayon Baytarlıq İdarələri gücləndirilmiş iş rejimində çalışırlar. 
Qeyd edək ki, iribuynuzlu mal-qara arasında yayılan bu xəstəlik  Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət hesabına müalicə olunan xəstəliklərin siyahısında olmadığından müalicə xərclərini sahibkarlar özləri ödəyirlər. Kənd təssərrüfatı naziri İsmət Abbasov yayılmış xəstəliyin dövlət hesabına müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib. Y. Xanvəli Movqe.az-a bildirib ki, yaxın günlərdə nazirin hökumətə müraciətinə cavab veriləcəyi gözlənilir.

Sizin Reklam Yeriniz