news Image
2013.08.28
10:49
| A A A
Magistrlərin qeydiyyatı bu gün başa çatır

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olan magistrlərin qeydiyyatı bu gün başa çatır. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, onlar günün sonuna qədər sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 643 nəfər magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. Qeydiyyat avqustun 19-dan başlayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs