Əlaqə Arxiv
news Image
2013.08.28
12:12
| A A A
Bakıda su maşını dərəyə aşdı (FOTO)

Qəza sürücünün avtomobili arxaya verdiyi zaman baş verib

Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.Məlumata görə, Badamdar qəsəbəsi 47 ünvanında "Zil" markalı su daşıyan maşın dərəyə yuvarlanıb. Hadisə şahidlərinin anspress-ə verdikləri məlumata görə, qəza sürücünün avtomobili arxaya verdiyi zaman baş verib.


Təkərlərin altında qalan torpağın qəfildən sürüşməsi nəticəsində su maşını dərəyə aşıb. Su maşını yaxınlıqda yerləşən su çəninni doldurmaq məqsədilə əraziyə gəlibmiş. Hadisə zamanı su maşınında sürücüdən başqa heç kəs olmayıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.


Hadisə ilə bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz