news Image
2013.08.28
12:14
| A A A
Moskvada miqrantlar narkotik testindən azad edildi

Beləcə miqrantlar 20 dollar miqdarındaki məcburi test xərclərindən də azad olunub

Moskva hökuməti paytaxtda çalışmaq istəyən miqrantların məcburi narkotik ve alkoqol testinden keçirilməsi prosesini dayandırmağa qərar verib. Bu ilin 1 fevral tarixində başlayan testlərdə 12 min miqrantın narkotik ve alkoqol asılılığının yoxlanıldığı və onların arasında bir nəfər belə narkomanın tapılmadığı bildirilib. Test nəticələrinə görə, bu prosesi dayandırmağa qərar verən Moskva bələdiyyəsi beləcə miqrantları 20 dollar miqdarındaki məcburi test xərclərindən də azad etmiş olub.

Rusiya Səhiyyə Nazirliyinin Baş Narkoloqu Yevgeniy Bryun miqrantların işə qəbul edilərkən yenə də narkodispanserdə nəzarətdən keçiriləcəklərini, narkotik testinə isə sadəcə şübhəli vəziyyətlərdə baş vurulacağını bildirib. 

Ekspertlər də Orta Asiya ölkələrindən gələn xarici miqrantlar arasında narkomanların demək olar ki, yox dərəcəsində olduğuna diqqət çəkərək bunun səbəbinin isə miqrantlarda narkotik almaq üçün kifayət qədər pul olmadığı və milli mentalitetlərinin narkotik istifadəsinə qarşı olması ilə izah ediblər.


Qeyd edək ki, Rusiyada qarşıdakı dekabr ayından etibarən orta məktəblərdə şagirdlər məcburi nakotik testlerindən keçiriləcək. Rusiyada orta məktəb şagirdləri 10-13, universitetlərdə isə tələbələrin 15-30 faizinin narkotik asılılığı olduğu bildirilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs