Əlaqə Arxiv
news Image
2013.08.28
13:17
| A A A
Ayanla Nadirin dueti rekord qırdı

Mövqe.az-ın məlumatına görə, Ayan Babakişiyeva və Nadir Qafarzadənin "Sənin üçün" adlı duet mahnısı qısa zamanda rekord sayda dinlənilməklə hitə çevrilib. Duet ortaqları mahnının seviləcəyini güman edirdilər. Onların təxmini özünü dah tez doğrultdu. Ötən həftədən etibarən eşidilən "Sənin üçün" onluqlarda birincilik iddiası qazanıb. Eyni zamanda mahnının internetdə də dinləmə sayı sürətlə artır.

Hazırda İzmirdə istirahətdə olan Ayan xanım klip çəkilişini istisna etmədi. O danışıqların getdiyini və səfərini başa vurandan sonra qərar verəcəklərini bildirdi.

Xatırladaq ki, sənətçinin bu dəfəki yay istirahəti gələn ayın ilk günlərində başa çatacaq.

Sizin Reklam Yeriniz