news Image
2013.08.28
13:10
| A A A
Nazir 1-ci sinfə qəbul qaydalarında danışdı
Mikayıl Cabbarov: "Burada uşağın fiziki inkişafı da mühüm amildir" Azərbaycan təhsil naziri Mikayıl Cabbarov I sinfə vaxtından əvvəl qəbulun aparılması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Movqe.az xəbər veiri ki, nazir  "facebook" səhifəsində ona ünvanlanan suallara cavab verərkən bildirib ki, Avropada uşaqlar ibtidai təhsillərinə daha erkən, hətta 5 yaşdan da əvvəl başlayırlar: "Bunu nəzərə almaq çox mühümdür ki, onlar erkən inkişaf təhsil proqramlarını öz yaşıdları ilə birgə həyata keçirirlər. Başqa sözlə 4 yaşlı uşaq 4, 5 yaşlı uşaq 5 yaşlı uşaqla birgə məktəbə hazırlaşır. Bunu biz nəzərə almalıyıq. Çünki bizim valideynlər bir qayda olaraq, hər zaman uşaqların əqli inkişafını nəzərə alırlar".
Nazirin sözlərinə görə, uşaqların I sinfə erkən getməsi məsələsində yalnız əqli sağlamlıq vəziyyəti nəzərə alınmalı deyil. Burada uşağın fiziki inkişafı da mühüm amildir: "Bunları nəzərə alaraq, dekabrın 31-i müvafiq qaydalara əsasən, bir tarix kimi qəbul olunub. Bu tarixdən sonra anadan olmuş uşaqlar üçün istisnaların olmasını nəzərdə tutmuruq. Bu da anlaşılandır ki, əgər bu tarix yanvarın 31-də olsaydı, onda bu sual fevralda anadan olan uşaqlara şamil ediləcəkdi. Belə bir qərarın verilməsində keçirilən dərslərin uşaqların fiziki sağlamlığına mənfi təsir göstərməməsi də nəzərə alınır".
M.Cabbarov bildirib ki, uşaqların I sinfə qəbulu tarixlərinin müəyyənləşdirilməsi məsələsində həm elmdə, həm təcrübədə artıq özünü sınamış üsullara üstünlük verməlidirlər. Onun sözlərinə görə, bu uşaqlar çox istedadlı da ola bilər. Ancaq mövcud proqramlar onların öz həmyaşıdları ilə oxumasını nəzərdə tutur. Qeyd edək ki, Azərbaycanın mövcud qanunvericliyinə əsasən, uşaqlar 6 yaşı tamam olduqda I sinfə qəbul olunurlar. Ancaq dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmayan, xüsusi istedadı ilə seçilən uşaqlar Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul ola bilərlər. Vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olman xüsusi istedadlı uşaqlara şamil edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs