Əlaqə Arxiv
news Image
2013.08.28
16:30
| A A A
Bubon taunu Azərbaycana keçə bilərmi?
Şair Qurbanov: "Bubon taunu, taunun digər növü ilə müqayisədə insandan-insana keçmir"

Son 30 il ərzində taundan ilk ölüm halını şərh edən rəsmilər xəstəliyin yayılmasının qarşısını almaq üçün bir qrup adamın karantinə alındığını elan ediblər.  Güman edilir ki, xəstəlik infeksiyanı daşıyan birənin oğlanı dişləməsilə ötürülüb. Taundan ölən Temir İssakunovun çoban olduğu bildirilir. Hadisə Qazaxıstan sərhədi yaxınlığındakı dağlıq kənddə baş verib. Qara ölüm kimi tanınan Bubon taunu orta əsrlərdə Avropa boyu 25 milyon adamın ölümünə səbəb olmuşdu. Hazırda yoluxucu xəstəlik halları nadirdir. "Biz pasientin xəstəliyə birə dişləməsi nəticəsində tutulduğunu güman edirik", - səhiyyə naziri Tolo İsakov deyib. Nazir bölgəni ölümcül infeksiyalı birə daşıyan gəmiricilərdən təmizləmək üçün hadisənin baş verdiyi yerə mütəxəssislərin göndərildiyini deyib. Ötən həftə baş vermiş ölüm halı ilə bağlı diaqnoz yeni açıqlanıb. İssık-Kul bölgəsində 2 mindən artıq adam taun xəstəliyi ilə bağlı tibbi müayinədən keçib. Hakimiyyət narahatlığın qarşısını almaq üçün 100-dək adamın karantinə alındığını bildirib. Bölgədə mal-qara və insanların hərəkətinə məhdiyyətlər qoyulub, səhiyyə xidmətləri xəbər verir.  Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən bubon taununun yayılması ilə bağlı ən miqysalı olay 2010-cu ildə Peruda qeydə alınıb. O, zaman xəstəliyə 12 adam yoluxmuşdu. Azərbaycan tərəfi isə Bubon taununun Azərbaycanda yayılma etimalının olmadığını söyləyirlər.  Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Movqe.az-a açıqlamasında söyləyib ki, Bubon taunu taunun digər növü ilə müqayisədə insandan-insana keçmir: "Bu xəstəlik  taunun digər növləri ilə müqayisədə o qədər də təhlükəli deyil. Amma xəstəlikdən ölüm hadisəsinin baş verməsi mümkündür. Bu xəstəliyin Azərbaycanda yayılma ehtimalı yoxdur. Çünki taunun Bubon forması insandan-insana keçmir.  Eyni zamanda Azərbaycanda sərhəd və gömrük keçid məntəqələrində yoxlamalar aparılır. Taun xəstəliyinin dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda, təbii ocaqlararı vardır. Xəstəliyin əsas mənbəyi gəmricilər olmaqla insanlar adətən taun bakteriyaları daşıyan birələr tərəfindən dişləndikdə və ya xəstə heyvanla təmasda olduqda xəstəliyə yoluxur. İnsanlarda xəstəliyin baş verməsi təbii ocaqlarda baş verən epizootiyanın intensivliyindən, heyvanlar, keçiricilər və insanlar arasında olan təmasın dərəcəsindən asılıdır. İnsanlar arasında baş verən xəstəlik hadisələri adətən epizootiyalardan sonra müşahidə olunur. Azərbaycanda taunun 3 təbii ocağı mövcuddur: Düzənlik-dağətəyi, Yüksək dağlıq, Arazyanı. Düzənlik-dağətəyi ocaqda ilk dəfə taun gəmiricilər arasında rəsmi olaraq 1953-cü ildə, Yüksək dağlıq təbii taun ocağında 1962, Arazyanı ocaqda isə 1967-ci ildə qeydə alınmışdır. Gəmiricilər arasında sonuncu epizootiya 2001-ci ildə Qarabağ mezoocağında qeyd olunub".

Qeyd edək ki, taunun bubon formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə yaxın birincili bubonların formalaşması ilə periferik limfatik düyünlərin zədələnməsidir. Xəstəliyin 1-2-ci günü nəinki hərəkət zamanı, hətta sakitlikdə belə bubon əmələ gələn yerdə xəstəni məcburi vəziyyətə gətirən şiddətli ağrı hiss olunur. İnkişaf edən bubon kiçik, şiddətli ağrılı şişkinlikdən ibarətdir. Limfatik düyünlərin bütün qrupu və onları əhatə edən birləşdirici toxuma iltihabi prosesə cəlb olunduqca şişkinlik 8 sm-dək böyüyür, ətraf toxumalar ilə birləşən konqlomeratdan ibarət olur. Bubonun üzərini örtən dəri gərilir, aydın hiperemiyalaşır, parıldayır, göyərmiş çalar alır. Adətən limfangitlər olmur. Periadenit olduğuna görə bubonun konturu hamarlaşır. Bu, mühim diaqnostik əlamətlərdən biri sayılır. Xəstəliyin 6-8-ci gününə yaxın bubon xəmirvari konsistensiya alır, üzərindəki dəri göyümtül-qonur rəng alır, nazilir. Bubonun mərkəzində flüktasiya meydana çıxır. Xəstəliyin 8-12-ci günü bubon deşilir, qan qarışıqlı serozlu-irinli möhtəviyyat ifraz olunur. Bubonun xoraya çevrilməsi uzun müddət sağalmayan fistulanı, ikincili infeksiyanın qoşulması isə geniş adenofleqmonanın əmələ gəlməsi ilə nəticələnir. İrinli xora inadlı gedişi, tədricən sağalması, qranulyasion toxumanın artması və çapıqlaşma ilə fərqlənir. Xəstəliyin təhlükəsiz gedişi zamanı 6-8-ci gündən başlayaraq, bubonda iltihabi dəyişiklik azalmağa başlayır və sonralar tam sorula bilir. Son illər spesifik terapiyanın (antibiotiklərin) tətbiqi ilə əlaqədar olaraq taun bubonları çox nadir hallarda deşilir. Onlar 15-20 gün ərzində tədricən sorulur.

 

 

Sizin Reklam Yeriniz