Əlaqə Arxiv
news Image
2013.08.28
15:59
| A A A
Su maşını evin damına çırpılaraq aşıb

Bakıda su maşını yaşayış evinin üstünə aşıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində qeydə adlanıb.

1966-cı il təvəllüdlü Mahir Həmzə oğlu Rəhimovun idarə etdiyi 18 BB 745 dövlət nömrə nişanlı, "QAZ 53" markalı su daşıyan avtomobil yoldan çıxaraq yaşayış evinin damına çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücü xəsarət alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Sizin Reklam Yeriniz