İngiltərə BMT Təhlükəsizlik Şurasına qərar layihəsi təqdim edəcək
Movqe.Az xəbər verir ki, İngiltərə, BMT
Təhlükəsizlik Şurasına təqdim edilməküçün "Bəşər Əsədin kimyəvi
hücumlarından vətəndaşların qorunmasına yönəlmiş lazımlı icazələri"
ehtiva edən bir qərar layihəsi hazırlayıb. İngiltərə Baş naziri
Deyvid Kameron, ölkəsinin Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasına təqdim edilmək üçün bir qərar layihəsi
hazırladığını açıqlayıb. Xəbəri Tvitter hesabından bildirən
Kameron, belə yazıb:
"İngiltərə Əsad tərəfindən təşkil edilən kimyəvi hücumları qınayan və bu hücumlardan vətəndaşların qorunmasını təmin edəcək lazımlı tədbirləri ehtiva edən bir qərar layihəsi hazırlayıb. BMT Təhlükəsizlik Şurasının məsuliyyətlərini yerinə yetirməsini hər zaman istədiyimizi söylədik. Bu gün bunu reallaşdıra bilməyimiz üçün bir fürsət var."
Kameronun spikeri isə qərar layihəsinin bu gün növbəti saatlarda Təhlükəsizlik Şurasına təqdim ediləcəyini söyləyib.