Əlaqə Arxiv
news Image
2013.08.28
22:30
| A A A
Əsəd İrandadır?

Movqe.Az xəbər verir ki, ABŞ və müttəfiqlərinin hərbi əməliyyaıt tənzimləməyə hazırlaşdığı Suriyanın Dövlət Başçısı Bəşər Əsədin, ailəsiylə birlikdə İranın paytaxtı Tehrana getdiyi iddia edilib. İran və Suriya prezidenti Bəşər Əsədin İrana gəldiyinə dair çıxan xəbərləri təkzib edib. Suriya Prezidenti Bəşər Əsədin, ailə üzvləri və çox sayda hökumət rəsmisilə Tehrana getdiyi iddia edilib. Misirin Əl-Nahar televiziyası, Əsədin dünən axşam Tehrana ani bir ziyarət reallaşdırdığını bildirib. Lakin bu məlumat etibarlı qaynaqlar tərəfindən təsdiqlənməyib. İran dövlət televiziyası isə İran Xarici İşlər Nazirliyində çalışan bir səlahiyyətlinin verdiyi məlumata əsaslanaraq, Əsədin təyyarəsinin Tehrandakı Beynəlxalq İmam Xomeyni Hava Limanına endiyini bildirib. Əsədin yanında ailə üzvləri və dövlət səlahiyyətliləri olduğu deyilsə də, bu məlumat da başqa qaynaqlar tərəfindən təsdiqlənməyib. İran, Suriya prezidenti Bəşər Əsədin İrana gəldiyinə dair mətbuatda çıxan xəbərləri təkzib edib. İran Xarici işlər nazirliyi Spikeri Abbas İraqi söz mövzusu xəbəri yalanlayaraq iddianı "gülməlidir" olaraq qiymətləndirib. İsrail mətbuatı Bəşər Əsədin Suriyanı tərk edərək Çərşənbə axşamı gecəsi təyyarə ilə İrana getdiyini iddia etmişdi.


Sizin Reklam Yeriniz