Əlaqə Arxiv
news Image
2013.08.28
17:49
| A A A
Sökülən minarə müsəlmanları qəzəbləndirdi

Movqe.Az xəbər verir ki, Gürcüstanın cənub-qərbindəki Samtshe-Cavaheti bölgəsinə 

Çela kəndində bir məscidin minaresinin səlahiyyətlilər tərəfindən zorla sökülərək aparılması, Gürcüstandakı müsəlmanları qəzəbləndirib. 

Gürcüstan Maliyyə Nazirliyinə bağlı Vergi Dairəsi, minarənin inşaatında istifadə edilmək üçün 14 İyul tarixində Türkiyədən Gürcüstana gələn inşaat avadanlıqlarının, idxalı əsnasında doğru bir şəkildə bildirilib-bildirilmədiyini təsdiq etmək məqsədiylə Çela kəndindəki məscidin minaresinin sökülməsinə qərar verib. Qərara etiraz edən Müsəlman xalqı, minarənin sökülməsinə mane olmaq istəyib, lakin polis qrupları etiraz edənlərə qarşı güc işlədib. Çela kəndi və ətraf kəndlərdə yaşayan təxminən 100 nəfər hadisənin ardınca Ahıska şəhərində olan polis bölməsi qarşısında toplanaraq nəzarətdə tutulan kəndlilərin sərbəst buraxılmasını və sökülən minarənin qaytarılmasını tələb edib. Ədliyyə naziri Tea Tsulukiani, Çela kəndindəki məscidin minarəsinin "qeyri-qanuni" yollarla inşa edildiyini söyləyərək, səlahiyyətlilər tərəfindən zorla sökülməsinin isə yolverilməz olduğunu bildirib. Gürcüstan prezidenti Mixail Saakaşvili də minarənin sökülməsini qınayaraq, bunun, Gürcüstanda yaşayan Müsəlmanlara qarşı edilən bir qanunsuzluq olduğuna diqqət çəkib. Saakaşvili, "Gələcəkdə bu halların yaşanmasının qarşısını almaq üçün hökumətə, qanunlarını təyin etməsi və bu mövzudakı mövqeyini müəyyən etməsi çağırışını edirəm" deyib. Gürcüstan Müftisi Camal Paksadze isə, nəzarətdə tutulanların sərbəst buraxıldığı məlumatını verib. Paksadze həmçinin, sökülən minarənin vəsaitlərinin araşdırılmasından sonra yenidən tikilməsi üçün işlərə başlanacağını söyləyib.

Sizin Reklam Yeriniz