Əlaqə Arxiv
news Image
2013.08.29
11:50
| A A A
Leysan Qubada fəsadlar törədib

Dünən axşam saatlarında yağan leysan yağışları Quba rayonunda fəsadlar yaradıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə şəhərin Vaqif küçəsində, o cümlədən Qırmızı qəsəbə və Alekseyevka kəndində ümumilikdə 100-ə yaxın mənzili və həyətləri su basıb.

Yarım saat ərzində yağan leysan nəticəsində kanalizasiyalar daşıb və çirkab suları evlərə dolub. Nəticədə bəzi ev əşyaları sıradan çıxıb. Hazırda dəymiş ziyanın araşdırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin analoji dövründə də Qubada leysan yağışları nəticəsində bir sıra evlərə xeyli ziyan dəymişdi.

Sizin Reklam Yeriniz