Əlaqə Arxiv
news Image
2013.08.29
11:52
| A A A
Əli Abbasov: «Son 10 ildə Azərbaycanın İKT sektoruna 2,5 mlrd. dollar sərmayə yatırılıb»
Son 10 il ərzində Azərbaycanın İKT sektoruna 2,5 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb.

Mövqe.az-ın  məlumatına görə, bu barədə YAP-ın rəsmi veb-saytına müsahibə verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, ötən 10 il ərzində İKT sektorunda orta illik artım tempi 20-25% təşkil edib, sektor hər 3 ildə 2 dəfə genişlənib və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2 mlrd. dolları ötüb: "Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4%-dən 80%-ə yüksəlib. Qeyd edim ki, son 10 il ərzində sektora təqribən 2,5 mlrd. dollar investisiya yatırılıb".

Ə.Abbasov həmçinin bildirib ki, son 10 ildə hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı 11,5-dən 18,6-ya yüksəlib. Mobil abunəçilərin sayı isə 7 dəfə artaraq 10,1 mln.-u ötüb.

"Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biri də internetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olub. Bu kontekstdə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artıb, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxaldılaraq 200 Gbit/s-ə çatdırılıb. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir.Qeyd edim ki, bu gün ölkə əhalisinin 70%-i internet istifadəçisi, 50%-i isə genişzolaqlı xidmət istifadəçisidir", - deyə Ə.Abbasov əlavə edib.


Sizin Reklam Yeriniz