Əlaqə Arxiv
news Image
2013.08.29
12:23
| A A A
Qəzaya düşən iki maşın yandı

Saray qəsəbəsində yanğınla nəticələnən yol qəzası baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Abşeron rayonunun Saray qəsəbəsində, "ZİL" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində yanğın çıxıb və hər iki avtomobil yanıb.
Hazırda hadisə ilə əlaqədar təhqiqat aparılır.

Sizin Reklam Yeriniz